`Türkiyə bütün türkdilli ölkələrə dəstək olacaq` - Səfir
20:26 24 Noyabr 2016
“Türkiyə Cümhuriyyəti olaraq türkdilli qardaş ölkələrə bu ilin 15 iyulunda terrorçular tərəfindən dövlətçiliyimizə qarşı xain hərbi çevriliş cəhdi zamanı bizə verdikləri dəstəyə görə təşəkkür edirik”.
Femida.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Milli Məclisdə keçirilən “Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv ölkələr son 25 ildə” adlı konfransda çıxışında deyib. O bildirib ki, 15 iyulda Türkiyə xaricdən və ölkə daxilindən olan xainlərin amansız terror cəhdinə məruz qalıb: “Ölkəmizi xainlərə təslim etməyə çalışdılar. Dövlət çevrilişi cəhdləri ölkəmizə qarşı xəyanət idi. Bu cəhddən sonra türkdilli ölkələrin, onların dövlət başçılarının, xüsusilə də Azərbaycan prezidentinin ölkəmizə göstərdiyi dəstəyə görə minnətdarıq. Biz bu yardımları unutmarıq və hər zaman sizi dəstəkləməkdə davam edəcəyik. Türkiyə keçmiş Sovet İttifaqından qurtulan bütün türkdilli ölkələrə daim dəstək olub və həmişə olacaq. Bu gün dünyanın ən böyük bayrağı Bakıda, Bayraq Meydanında dalğalanır. Bu bayraq tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin müstəqillik simvoludur. Bu bayrağı endirməyə çalışanlar qarşısında bizi görəcək və buna heç kimin gücü çatmayacaq”.
Oxunub: 1076
Oxşar xəbərlər
- `Türkiyədən hərbi məhsullar alırıq və alacağıq` - İlham Əliyev
- `Türkiyə iqtisadiyyatına 1.5 milyard dollar yatırmışıq` - Mənsimov
- `Türkiyənin Avropa İttifaqına üzvlüyü mümkünsüzdür` - Merkel
- `Türkiyə illərdir terrorun hədəfindədir` - Şeyx
- `Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır`
- `Türkiyə Avropa Şurası ilə əlaqələrinə yenidən baxacaq` - Çavuşoğlu
- `Türkiyə razılaşmalardan imtina edib` - Nalbandyan
- `Türkiyə belə davam etsə, yeni müharibə başlayacaq`
- `Türkiyə heç bir halda Krımın ilhaqını tanımayacaq` - Çavuşoğlu
- `Türkiyə xalqının yanındayıq` - Novruz Məmmədov